Qızılhacılı Məscidi Yeni il bayramı öncəsi ehtiyac sahiblərini sevindirdi
27.12.2024 23:58
786
Din
A
Qızılhacılı Məscidi Yeni il bayramı öncəsi ehtiyac sahiblərini sevindirdi

Qızılhacılı İmam Həsən (ə) Məscidi Yeni miladi təqvim ilinin gəlişi münasibətilə məntəqədə 40 ehtiyaclı ailəni ziyarət edib və yardım paketləri təqdim edib.

Aktual.ge xəbər verir ki, bu barədə Məscidin sosial şəbəkə səhifəsində məlumat verilib.

Bildirilib ki, 40 ailə üçün ümumilikdə 6 min larilik ərzaq alınıb.

"Hər bir ailəyə ət, toyuq əti, meyvə, şirniyyat, meyvə suyu və digər zəruri ərzaq məhsulları təqdim olunub. Bir ailə üçün 150 lari dəyərində hazırlanan bu paketlərin ümumi dəyəri 6000 larini təşkil edib.

Uca Allah zəhməti keçən hər kəsdən qəbul etsin" , - məlumatda deyilir.

Məlumat üçün bildirək ki, xüsusilə Yeni il, Ramazan və Qurban bayramlarında genişmiqyaslı xeyriyyə aksiyaları təşkil edən İmam Həsən (ə) adına Qızlhacılı Məscidi, həmçinin ilin digər dövrlərində də ehtiyac sahiblərinə yardım əlini uzadır.

ŞƏRH YAZ
3