Marneuli-Bolnisi yolunda avtomobil iki yeniyetməni vurub öldürüb - Yaralılar var
30.12.2024 20:12
2390
Hadisə
A
Marneuli-Bolnisi yolunda avtomobil iki yeniyetməni vurub öldürüb - Yaralılar var

Marneuli-Bolnisi magistral yolunun Naxiduri (Arıxlı) kəndi ərazisində avtomobil iki yeniyetmə piyadanı vuraraq öldürüb.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, yeniyetmələrdən biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Bundan əlavə, daha iki piyada gənc baş verən qəza nəticəsində ağır yaralanıb.

Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

ŞƏRH YAZ
27