
Kateqoriyalar
Kareli Bələdiyyəsinin Vaja Pşavela küçəsində baş verən avtomobil qəzasında bir nəfər ölüb,
Aktual.ge xəbər verir ki, qəza axşam saatlarında baş verib.
Yerli mənbələrdən əldə edilən məlumatlara görə, sürətlə hərəkətdə olan avtomobil səkiyə çırpılıb. Sürücü həyatını itirsə də, yanında əyləşən digər bir nəfər yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.