Rusiyalı turistlərə hücum: Qadın zorlanıb, kişi isə itkin düşüb
06.01.2025 11:51
1841
Kriminal
A
Rusiyalı turistlərə hücum: Qadın zorlanıb, kişi isə itkin düşüb

Mestia Bələdiyyəsinin Nakra kəndində axtarış-tutma əməliyyatı aparılır. Polis xarici vətəndaşlardan ibarət ər-arvada hücum etməkdə ittiham olunan iki gənci axtarır.

Aktual.ge-nin xəbərinə görə, yerli mətbuat yazır ki, Rusiya vətəndaşı ər-arvada iki nəfər hücum edib. 

Mövcud məlumata görə, Nakra kəndinə dönən yolda qaçırılmış avtomobil tapılıb. Yerli sakinlərin dediyinə görə, avtomobildə qan izləri aşkar edilib. Həmçinin qadın tapılıb və bölməyə aparılıb, lakin əri hələ də itkin hesab olunur.

Məlumdur ki, zərərçəkənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qadının ehtimal ki, qrup şəklində zorlandığı və qonşu kənddə tərk edilib. Hazırda qadın ekspertizaya köçürülüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi Cinayət Məcəlləsinin iki maddəsi – quldurluq və qanunsuz silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə açılıb.

Mənbə: Tvpirveli

ŞƏRH YAZ
24