
Kateqoriyalar
Laqodexi Bələdiyyəsinin Qabal kəndində, yeni qəbiristanlıq yaxınlığında orta yaşlı kişinin cəsədi tapılıb.
Aktual.ge xəbər verir ki, yerli sakinlərin iddialarına görə, kişi qətlə yetirilib.
Mövcud məlumatlara əsasən, həmin şəxs qəbiristanlıqda işləyirmiş. Bir neçə ay əvvəl onun yerli əhali ilə münaqişəsi olmuş və bundan sonra o, yoxa çıxmışdı. Ailəsi isə həmin vaxtdan bəri itkin düşən şəxsi axtarırdı.
Yerli sakinlərin bildirdiyinə görə, bir neçə gün əvvəl əvvəlcə həmin şəxsin telefonu və şəxsiyyət vəsiqəsi tapılıb, daha sonra isə cəsədi aşkarlanıb.