Mürtəz Rüstəmov amansızca qətlə yetirilib - Qabalda nələr baş verib?
08.01.2025 15:34
1523
Kriminal
A
Mürtəz Rüstəmov amansızca qətlə yetirilib - Qabalda nələr baş verib?

Xəbər verdiyimiz kimi, Laqodexi Bələdiyyəsinin Qabal kəndində orta yaşlı kişinin qəbristanlıqda meyiti tapılıb.

Aktual.ge xəbər verir ki, hadisə ilə bağlı yeni detallar məlum olub.

Belə ki, 39 yaşlı Mürtəz Rüstamovun amanszıca qətlə yetirildiyi məlum olub.

O, çoban imiş 4 ay əvvəl itkin düşüb. Rüstəmovlar ailəsi deyir ki, onlar polisə müraciət etsələr də, lakin reaksiya verilməyib.

Bir neçə gün əvvəl, Qabaldaki hadisə yerində telefon və şəxsiyyət vəsiqəsi tapılıb, hadisə yerinə gələn mərhum Mürtəz Rüstəmovun atası isə dəhşətli mənzərə ilə qarşılaşıb.

Cinayət yerini artıq ekspert kriminalistlər araşdırıb.

DİN məsələ ilə bağlı hələ açıqlama verməyib. İstintaqın hansı mərhələdə olduğunu və qətldə ittiham olunan şəxsə dair hər hansı bir şəxsiyyət məlum deyil.

ŞƏRH YAZ
19