09.01.2025 14:13
996
Siyasət
A
"Mən Trampın inauqurasiyasına gedirəm" - Zurabişvili

Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili bildirib ki, ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın inauqurasiyasına qatılacaq, eyni zamanda Vaşinqtonda yüksək səviyyəli görüşlər keçirəcək.

Aktual.ge xəbər verir ki, o, Orbeliani sarayını tərk etdikdən sonra keçirdiyi ilk mətbuat konfransında qeyd edib ki, Donald Trampın inauqurasiyasına Helsinki Komissiyasının sədri, Konqres üzvü Con Uilsonun dəvəti ilə gedəcək.

"Ola bilsin ki, biz təcrid olunmaqdan çıxa biləcəyik. Mənim rolum var və bu rolu tam şəkildə yerinə yetirirəm. Praktik olaraq gündəlik olaraq xarici tərəfdaşlarımızla əlaqə saxlayıram. Təsdiq edirəm ki, prezident Trampın inauqurasiyasına gedirəm, Vaşinqtonda olacağam, Con Uilsonun dəvəti ilə. İnauqurasiyaya dəvət üçün müxtəlif variantlar var, amma heç kəs pul ödəməz. Belə olarsa, başqalarının, mənə nisbətən çox resursları olanlar bu pulları ödəyə bilərlər. Bu zarafatı bir tərəfə qoyaq, əsas odur ki, gedirəm və yüksək səviyyəli görüşlərim olacaq. Tərəfdaşlarımızla əlaqələrimizi davam etdiririk", - deyə Salome Zurabişvili qeyd edib.

O, həmçinin Fransanın prezidenti Emmanuel Makronun və digər Qərb liderlərinin "Gürcü Arzusu"nun bəyanatlarına və iqtidar partiyasının dəyərləndirmələrinə münasibət bildirib və bunları "kobud və tərbiyəsiz" adlandırıb.

"Bilirəm, prezident Makronun bəyanatını. Hökumət tərəfdən tərəfdaşlara verilən kobud və tərbiyəsiz cavablar heç bir şey ifadə etmir, çünki əslində vacib olan odur ki, Gürcüstan xalqı əsas tərəfdaşlardan dəstək alır, onlar da qərara alıblar ki, Gürcüstanı başqa yolla, anti-demokratik, anti-Qərb istiqamətində aparmaq istəyənləri sanksiya altına alsınlar. Eyni zamanda, onlar dəstək verəcək və Gürcüstan xalqına vəd edəcəklər ki, yeni seçkilər keçiriləndən sonra, ən çox arzulanan istiqamətə qayıdacağıq, o vaxt bizə əvvəlki yardımlar geri dönəcək və hətta daha da gücləndiriləcək, çünki bizim iqtisadiyyatımız həqiqətən çox ağır vəziyyətdədir. Seçkilərdən sonra ciddi yeni səylərə ehtiyacımız olacaq, ən başlıcası da tərəfdaşların dəstəyi baxımından", - deyə Salome Zurabişvili qeyd edib.

ŞƏRH YAZ
2