Azərbaycan Prezidenti Kobaxidzeyə məktub göndərdi
09.01.2025 16:16
1011
Dünya
A
Azərbaycan Prezidenti Kobaxidzeyə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərib.

Aktual.ge Azərbaycan mətbuatına istinadən xəbər verir ki, məktubda Qali rayonunda baş vermiş hadisə ilə bağlı İlham Əliyev İrakli Kobaxidzeyə baş sağlığı verib.

"Hörmətli cənab Baş nazir,

Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

ŞƏRH YAZ
18