Davamlı etirazların 44-cü gününə 7-i aksiya planlaşdırılıb
10.01.2025 00:55
628
Siyasət
A
Davamlı etirazların 44-cü gününə 7-i aksiya planlaşdırılıb

Bu gün, 10 yanvar, davamlı etiraz aksiyalarının 44-cü günüdür. 

Aktual.ge xəbər verir ki, gün ərzində paytaxt Tbilisinin müxtəlif yerlərindən etiraz yürüşləri planlaşdırılır.

10:00 - “Azadlıq rejimin məhbuslarına!” - Tbilisi Şəhər Məhkəməsi;

17:00 - “Dinç, qətiyyətlə, birlikdə qələbəyə doğru!” (HR mütəxəssisləri, marketoloqlar, IT/TECH mütəxəssisləri, hüquqşünaslar, ESM nümayəndələri, “Dağlar azadlıq uğrunda” və digər icmalar) - Respublika Meydanından Parlamentə qədər;

18:30 - Emigrantlar və onların ailə üzvlərinin yürüşü - Filarmoniyadan Parlamentə doğru;

19:00 - Verelilər və Vake sakinlərinin yürüşü - Taras Şevçenko bağı (Tbilisi Dövlət Universitetinin I korpusunun qarşısında);

19:00 - “Efir xalqındır!” - İctimai Yayım Şirkətinin binası;

19:00 - Sülh Platformasının etiraz aksiyası - Parlament binası;

19:00 - Parlamentin qarşısında aksiya.

Qeyd edək ki, Gürcüstanda davamlı etiraz aksiyaları 2024-cü ilin 28 noyabr tarixindən başlayıb. Etirazçıların tələbi aksiyalar zamanı saxlanılan nümayişçilərin sərbəst buraxılması və yeni Parlament seçkilərinin keçirilməsidir.

ŞƏRH YAZ
0