10.01.2025 12:59
712
İqtisadiyyat
A
"Çörəyin qiyməti 10-15 tetri arta bilər"

“Gürcüstanın Çörək İstehsalçıları İttifaqı”nın sədri Malxaz Dolidzenin sözlərinə görə, unun idxal vergisinin ləğv edilməsini tələb edirlər.

Aktual.ge xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, vergi ləğv edilsə çörəyin qiymətinin artmasının qarşısı alınacaq.

“Biz tələb edirik ki, una tətbiq olunan müvəqqəti vergi dayandırılsın və çörək istehsalçılarına çörəyin qiymətini sabit saxlamaq imkanı verilsin. Nəticədə, çörəyin qiyməti artmayacaq. Bu, una daha asan giriş əldə etmək üçün imkan yaradacaq ki, biz də qiyməti sabit saxlaya bilək" , - deyə Malxaz Dolidze bildirib.

Onun sözlərinə görə, hələlik mağazalarda çörəyin qiyməti dəyişməyib, baxmayaraq ki, unun qiymətləri artıb.

“Biz çalışırıq ki, bu sabitliyi qoruyub saxlayaq. Gözləmə rejimindəyik. Yəqin ki, nazirliklə ünsiyyət quracağıq, çünki orada yeni rəhbərlik var və bəlkə də nəticə çıxaracağıq, çünki burada həm taxıl istehsalçılarının, həm də un istehsalçılarının və çörəkçilərin maraqları var" , - bildirib.

O qeyd edib ki, əgər vergi ləğv olunmasa, çörəyin qiyməti 10-15 tetri arta bilər. Onun sözlərinə görə, birinci növ unun dəyəri 52 lari olmalı idi, lakin hazırda 53-54 lariyə satılır.

ŞƏRH YAZ
27