Son zamanlar həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Tbilisi və regionlarda qanunsuz odlu silah və döyüş sursatı götürülüb - 9 nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“Tbilisi Polis İdarəsinin Didube-Çuqureti Baş İdarəsinin əməkdaşları 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.N.-ni həbs ediblər.
Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları 2001-ci il təvəllüdlü əcnəbi vətəndaş D.H.-nın Marneuli şəhərində müvəqqəti yaşadığı ünvana baxış keçirərək, oradan odlu silah, 10 ədəd patron və 1 ədəd ağızlıq sübut kimi götürülüb.
Müxtəlif vaxtlarda keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Kaxeti RPİ-nin İstintaq Bölməsinin, Laqodexi, Kvareli, Dedoplistskaro və Saqareco rayon bölmələrinin əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.
Acarıstan Polis İdarəsinin əməkdaşları 1976-cı il təvəllüdlü xarici ölkə vətəndaşı A.O.-nu yaxalayıb.
Şida Kartli Polis İdarəsinin Əməliyyat-axtarış bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü G.A. saxlanılıb. Polis təqsirləndirilən şəxslərin üzərindən şəxsi yoxlama nəticəsində maddi sübut kimi 1 ədəd odlu silah, 1 ədəd ağızlıq və 15 ədəd patron götürüb.
Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və aparılması faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3 və 4-cü hissələri ilə istintaq aparılır”, - məlumatda deyilir.