"Burada iki Gürcüstan yoxdur, bir Gürcüstan var və insanlar var ki, nifrətlə Gürcüstandan uzaqlaşıblar və rejimin nümayəndələri olublar. Bu rejim sona çatacaq, çünki hər şəhərdə cəmiyyətin nümayəndələri var, onlar vətəni hər hansı bir partiyadan daha çox sevməyi seçiblər".
Aktual.ge xəbər verir ki, bu fikirləri Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili Zuqdididə keçirilən aksiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya çalışır ki, rus rejiminin əli ilə Gürcüstana qarşıdurma gətirsin, lakin “bugünkü Gürcüstanda iki tərəf yoxdur”.
“Rusiya çalışır ki, rus rejiminin əli ilə yenidən qarşıdurma gətirsin. Bugünkü Gürcüstanda iki tərəf yoxdur, rejim var və cəmiyyət var. İki tərəf yoxdur. Amma elə insanlar var ki, bu rejimi müdafiə edirlər və bu rejimi müdafiə etmək üçün ən sərt addımlara əl atırlar.
Dünən məhkəmə oldu, burada tamamilə günahsız insanlar var və bunu orada oturan hakim də bilir. O bilir ki, orada qrup şəklində zorakılıq və heç bir cinayət olmayıb. Onlar azad olunacaqlar, necə ki, ölkə də azad olunacaq. Bu rejim sona çatacaq, çünki Gürcüstanın hər şəhərində bir dəfəlik və həmişəlik ölkəni, vətəni hər hansı bir partiyadan daha çox sevməyi seçən cəmiyyətin nümayəndələri dayanır. Bu, bu ölkədə yenilikdir və hər kəs, bu ölkənin uğurunu və irəliləməsini istəyən hər kəs bunu qəbul etməlidir” , - deyə Salome Zurabişvili deyib.
Qeyd edək ki, Salome Zurabişvili regionlar turuna başlayıb və ilk səfərinidə Zuqdidi şəhərinə edib.