Gürcüstanda ən yüksək maaş hansı bölgədədir?
12.01.2025 00:03
2858
İqtisadiyyat
A
Gürcüstanda ən yüksək maaş hansı bölgədədir?

Gürcüstanda ən yüksək əmək haqqı Tbilisidə, ən aşağı maaş isə Quriyadadır.

Aktual.ge xəbər verir ki, bu Milli Statistika Xidmətinin rəsmi saytında yerləşdirilmiş məlumatlarda öz əksini tapıb.

Son məlumatlara görə, Tbilisidə biznes sektorunda çalışan işçilərin orta əmək haqqı 1791,2 lari, Quriyada isə 951,1 lari təşkil edir.

Digər bölgələrin məlumatları belə görünür:

• Mtsxeta-Mtianeti - 1 562,5 Lari

• Kvemo Kartli - 1 374,9 Lari

• İmereti - 1 290,3 Lari

• Acara - 1 258.0 Lari

• Sameqrelo-Zemo Svaneti - 1 232,0 Lari

• Kaxeti - 1 114,8 Lari

• Samtsxe-Cavaxeti - 1 112,4 Lari

• Şida Kartli - 1 004,6 Lari

• Raça-Leçxumi və Kvemo Svaneti - 977,5 Lari

İşçilərin sayına gəlincə, rayon və bələdiyyə statistika portalında yerləşdirilmiş məlumatlara əsasən, sahibkarlıq sektorunda ümumilikdə 757,4 min nəfər çalışır.

ŞƏRH YAZ
12