Dəhşətli yol qəzası: 4 nəfər ölüb, bir nəfər isə yaralanıb - FOTO
15.01.2025 12:10
2437
Hadisə
A
Dəhşətli yol qəzası: 4 nəfər ölüb, bir nəfər isə yaralanıb - FOTO

Tbilisi-Bakurtsikhe magistral yolunda baş verən qəzada 4 nəfər həlak olub.

Aktual.ge xəbər verir ki, hadisə bir qədər əvvəl baş verib.

Hadisə şahidlərinin yerli mətbuata verdiyi məlumata görə, yük maşını (treyler) və dörd yüngül avtomobil toqquşub. Toqquşma nəticəsində yük maşını aşıb və avtomobillərin üzərinə düşüb.

Qəza nəticəsində alınan xəsarətlərdən 4 nəfər hadisə yerində dünyasını dəyişib. Bir nəfər isə yaralanıb və o, Qurjaani klinikasına aparılıb.

Hadisə yerində polis əməkdaşları cəlb olunub və Tbilisi-Bakurtsikhe magistral yolu müvəqqəti olaraq bağlanıb.

ŞƏRH YAZ
9