Rustaveli prospektində vətəndaşların etirazı davam edir
17.01.2025 21:46
330
Siyasət
A
Rustaveli prospektində vətəndaşların etirazı davam edir

Rustaveli prospektində vətəndaşların etirazı davam edir. Aksiya iştirakçıları yolu bağlayıblar.

Aktual.ge xəbər verir ki, əvvəlcə Rustaveli prospektində dayanan polis əməkdaşları vətəndaşlara prospekti bağlamağa imkan verməyiblər. Patrul polisinin nümayəndələrinin bildirdiyinə görə, mitinqdə yolu bağlamaq üçün kifayət qədər vətəndaş olmayıb.

Buna baxmayaraq, etirazçılar hər halda yolu bağlayıb. Daha sonra polis onlara yolu bağladıqları üçün cərimə tətbiq edildiyini və sabah 5 min lari məbləğində cərimənin evlərinə çatdırılacağını izah edib. Polis etirazçıları yolun kənarına çıxmağa çağırıb. Etirazçılar isə “Hər yerdə polis, heç yerdə ədalət!” şüarı səsləndiriblər.

ŞƏRH YAZ
4