Gürcüstanın Bakıdaki yeni səfirliyinin ərazisinin neçə kvadratmetr olacağı açıqlandı
18.01.2025 01:57
1612
Maraqlı
A
Gürcüstanın Bakıdaki yeni səfirliyinin ərazisinin neçə kvadratmetr olacağı açıqlandı

Gürcüstanın Azərbaycandakı yeni səfirliyinin ərazisi 3500 kvadratmetr olacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan paytaxtının mərkəzi ərazisində Gürcüstanın yeni səfirliyi yerləşəcək:

"Gürcüstanın səfirliyinin inşası üçün Azərbaycan tərəfindən verilən torpaq sahəsinin yerləşdiyi yer Bakı şəhərinin mərkəzində 3500 kvadratmetr sahəni əhatə edəcək. Səfirlikdə əsas binadan əlavə, səfirin rezidensiyası və konsulluq qəbulu kimi müxtəlif layihələr həyata keçiriləcək".

Diplomat bu faktın qonşu və dost ölkələr arasında əlaqələrin inkişafı və güclənməsi üçün çox əhəmiyyətli olduğunu qeyd edib.

ŞƏRH YAZ
12