Salome Zurabişvili ABŞ-ın gələcək dövlət katibi, müdafiə naziri və Trampın oğlu ilə görüşüb - FOTO
18.01.2025 11:59
755
Siyasət
A
Salome Zurabişvili ABŞ-ın gələcək dövlət katibi, müdafiə naziri və Trampın oğlu ilə görüşüb - FOTO

Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili Vaşinqtona ABŞ-ın gələcək Dövlət katibi Marko Rubi və Müdafiə naziri Pit Hegset ilə görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə ABŞ-ın Helsinki Komissiyasının sədri Co Uilson "X" sosial şəbəkəsində məlumat verib.

"Prezident Salome Zurabişvili və dövlət katibi Marko Rubi kimi iki böyük vətənpərvərin ABŞ-Gürcüstan arasında güclü münasibətləri qorumaq və İvanişvilinin tiran rejimini məğlub etmək üçün görüşmələrinə çox şadam" ,  – deyə o, yazıb.

Bundan əlavə, Co Uilson Salome Zurabişvilinin ABŞ-ın gələcək Müdafiə naziri Pit Hegset ilə də görüşüyünə dair sosial şəbəkədə paylaşım edib.

Salome Zurabişvili həmçinin, ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın oğlu ilə tanış olub.

"Prezident Salome Zurabişvilini Prezident Donald Trampın oğlu ilə tanış etdiyim üçün xoşbəxtəm. Dünyada çoxlu xeyirxahlıq üçün çalışan iki möhtəşəm insan" , – deyə Co Uilson qeyd edib.

ŞƏRH YAZ
4