
Kateqoriyalar
Marneuli şəhərinin 20 Yanvar küçəsində boru partlayıb, içməli su əraziyə axır.
Aktual.ge xəbər verir ki, ərazidə yaşayan sakinlər bildirirlər ki, problem 10 gündür həllini tapmır.
Sözügedən yoldan istifadə edən piyadalar və sürücülər də çətinliklərlə üzləşirlər. Bəzi evlərə isə, ümumiyyətlə, su gəlmir. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə yoxdur.