GAİM-də 20 yanvar faciəsi qurbanları yad edilib
18.01.2025 20:51
298
Siyasət
A
GAİM-də 20 yanvar faciəsi qurbanları yad edilib

Gürcüstan Azərbaycanlılarının İnteqrasia Mərkəzində 20 yanvar faciəsi qurbanları yad edilib.

Aktual.ge xəbər verir ki, tədbiri giriş sözü ilə GAİM-in İcraçı Direktoru Murad Muradov açaraq, faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Daha sonra mərkəzin könüllüləri Suleyman Novruzov və Emin Mamedov tərəfindən “20 Yanvar” faciəsinə həsr olunuş tədimat edildi, gənclərə bu qanlı faciə haqqında ətraflı məlumat verildi. Tədbirin sonunda iştirakçılara “20 Yanvar. Danışan talelər” sənədli filmi təqdim olundu. 

Bununla yanaşı GAİM-də faciə qurbanlarına həsr olunmuş xatirə guşəsi yaradılıb. Guşə 27 yanvar tarixinə qədər açıq olacaq.
 

ŞƏRH YAZ
8