
“Larinin daha çox dəyərdən düşəcəyini gözləmirəm”.
Aktual.ge xəbər verir ki, bunu iqtisadçı ekspert Otar Anquradze ölkədə dolların hazırkı vəziyyəti və devalvasiya gözləntiləri barədə danışarkən deyib.
“Bugünkü vəziyyətə və son 4-5 ayda gördüklərimizə əsasən, əmin olduq ki, Milli Bank əvvəlkindən daha yüksək səviyyədə fəaliyyət göstərir. Mən bunu nəzərdə tuturam ki, larinin məzənnəsinin dəyərdən düşməsi makroiqtisadi amillərlə bağlı olmayıb, daha çox ajiotaj və ya yalan gözləntilər nəticəsində baş verəndə, Milli Bank dərhal bazara müdaxilə edir və təbii şəraitdə olmalı olan balans nöqtəsini tutur.
Larinin daha çox dəyərdən düşəcəyini gözləmirəm, bir tərəfdən dediyimiz kimi, Milli Bankın gücü səbəbindən, digər tərəfdən isə iqtisadiyyatın gözlənilən yaxşılaşması və sağlamlaşma şərtlərini nəzərə alaraq" , - o, keçirdiyi mətbuat konfransında qeyd edib.