Dünyanın gözlədiyi xəbər gəldi: İlk addım saat 16:00-da atılacaq
19.01.2025 13:52
2726
Dünya
A
Dünyanın gözlədiyi xəbər gəldi: İlk addım saat 16:00-da atılacaq

HƏMAS-ın azad edəcəyi 3 israilli girovun adlarını açıqladıqdan sonra Qəzzada atəşkəs rəsmən başlayıb. Həmas sözçüsü Əbu Ubeyde bu gün Tbilisi vaxtı ilə saat 16:00-da azad ediləcək girovların adlarının Romy Gonen, Emily Damari və Doron Shtenber Khir olduğunu açıqlayıb. Digər tərəfdən, razılaşmaya əsasən, 7 gün ərzində daha 4 girov azad ediləcək.

Aktual.ge xəbər verir ki, dünyanın səbirsizliklə gözlədiyi atəşkəs, girov siyahısı ilə bağlı yaranan böhran səbəbindən 2 saat 45 dəqiqə gecikmə ilə başlayıb.

Xarici mətbuatın yazdığına görə, atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlar isə birinci mərhələnin 16-cı günündə başlayacaq.

Qeyd edək ki, atəşkəs gözlənilərkən İsrail tərəfindən ötən gün hücum olub. İsrailin Baş naziri Benyamin Netanyahu girov siyahısının təqdim edilmədiyini əsas gətirərək Qəzzəyə hücumları yenidən başladıb və güclü bombardman zamanı azı 9 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.

ŞƏRH YAZ
11