
Mixeil Kavelaşvili 613 məhkum şəxsi əfv etdi.
Aktual.ge xəbər verir ki, bu barədə Prezident vəzifəsinə seçilmiş Mixeil Kavrlaşvilinin Seçki Kollegiyası məlumat yayıb.
Məlumata görə, əfv prosesi Epifaniya bayramı ilə əlaqədar həyata keçirilib və bu, "humanizm prinsiplərinə" əsaslanır.
“Gürcüstan Prezidenti Mixeil Kavelaşvilu Epifaniya bayramı ilə əlaqədar 613 məhkum şəxsi əfv etdi. Prezidentin Konstitusiya ilə ona verilmiş unikal səlahiyyətlərindən istifadə etməsi humanizm prinsiplərinə və dövlət maraqlarına əsaslanır. Göstərilən humanist yanaşma sayəsində əfv edilən şəxslərə ailələrinə qayıtmaq və yenidən cəmiyyətin tamhüquqlu üzvləri olmaq imkanı yaradıldı” , - deyə Mixeil Kavelaşvilinin "Facebook" səhifəsində yayımlanan məlumatda qeyd olunub.