
Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində yerləşən "Magniti" marketinin qarşısındakı generator oğurlanıb.
Aktual.ge-nin məlumatına görə, hadisə 18 yanvar gecə saat 00:40 radələrində baş verib.
Əldə edilən məlumatlara əsasən, 3 nəfər naməlum üzü maskalı şəxs marketin önündə dəmir qəfəsə quraşdırılmış generatoru oğurlayıb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq, yəni özgənin hərəkət edən əmlakının gizli şəkildə qanunsuz mənimsəmə məqsədi ilə ələ keçirilməsi) üzrə aparılır. Sözügedən maddəyə əsasən, bu cür cinayət cərimə, altı aydan bir ilədək ev həbsi və ya bir ildən üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edək ki, hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.
Xatırladaq ki, bundan əvvəl Qızılhacılıda yerləşən "Magniti" supermarketi müxtəlif vaxtlarda, ümumilimdə 6 dəfə qarət olunub.