
Bu gün daha bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, bu gün axşam saatlarında Çoxatauri Bələdiyyəsinin Qoraberejoul kəndi yaxınlığında qəza hadisəsi nəticəsində bir nəfər ölüb.
Məlumata görə, avtomobil sürücüsü sükanı idarə edə bilməyib və ağaca çırpılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti və ya istismar qaydalarını pozma, insan ölümünə səbəb olduqda) maddəsi ilə istintaqa başlanılıb.
Qeyd edək ki, bu gün Qardabani Bələdiyyəsinin Birlik kəndində də 20 yaşın altında gəncin həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Vaz" markalı minik avtomobillə "Volkswagen"in toquşması nəticəsində gənc oğlan həyatını itirib, daha 2 nəfər isə yaralanıb.