613 məhkumun əfv edilməsinə sensasiyalı reaksiya:
20.01.2025 00:50
2066
Siyasət
A
613 məhkumun əfv edilməsinə sensasiyalı reaksiya: "Repressiyalar üçün işçi qüvvəsini artırmaq"

"Gürcüstan üçün Qaxaria" partiyasının liderlərindən biri Natia Mezvirişvili Prezident Mixeil Kavelaşvilinin 613 məhkumun əfv edilməsi ilə bağlı qərarını şərh edib.

Aktual.ge xəbər verir ki, Natia Mezvirişvili sosial şəbəkədə qərarla bağlı belə münasibət bildirib:

"Bunun yalnız bir məqsədi var: repressiyalar üçün lazım olan işçi qüvvəsini artırmaq".

Onun sözlərinə görə, əfv ilə bağlı rejim yenidən humanizmdən danışmağa başlayacaq, bu əfvi xaç suyuna çəkilmə bayramı ilə əlaqələndirməyə çalışacaq.

"Nə dərəcədə dahi olursa-olsun, praktik olaraq 20 gün ərzində 613 məhkumun işlərini fərdi qaydada araşdırmaq və əfvin risklərini qiymətləndirmək mümkün deyil. Xüsusilə də biz təməl təhsili olmayan de-fakto prezidentdən danışırıq. Bu miqyasda əfv, cinayət vəziyyəti və təkrar cinayətlərin analizi olmadan həyata keçirilə bilməz. Amnistiya ilə bağlı da analiz tələb etdik, lakin təbii ki, təqdim edilmədi.

Belə bir əfv, 'qaydasızlıq' hökm sürən və küçələrdə qeyri-formal maskalı şəxslərin dolaşdığı bir ölkədə yalnız bir məqsəd güdür: repressiyalar üçün lazım olan işçi qüvvəsini artırmaq. Əgər məqsəd bu deyilsə, bəs onda analiz hanı? Bu əfv, cinayətkar bir qrup halına gəlmiş Təhlükəsizlik Xidmətinin (DTX) tövsiyəsi ilə həyata keçirilir.

Rejim yenidən humanizmdən danışmağa çalışacaq, bu əfvi xaç suyuna çəkilmə bayramı ilə əlaqələndirəcək və tənqidçiləri ateist və qeyri-humanist kimi göstərməyə çalışacaq. Amma yüzlərlə insanı amansız işgəncələrə məruz qoyan və günahsız, nümunəvi vətəndaşları həbsxanaya atan bir rejimin nə humanizminə, nə də inancına inanmaq mümkündür. Üstəlik, analiz təqdim edilsin" , - deyə Natia Mezvrişvili vurğulayıb.

ŞƏRH YAZ
4