20.01.2025 01:16
20410
İqtisadiyyat
A
"Ölkədə böhran var, turist gəlmir, otellər bağlanır"

“Bu sektorda vəziyyət çox çətindir. Tbilisidə, Kaxetidə və digər regionlarda bir çox otellər bağlanır".

Aktual.ge xəbər verir ki, bu sözləri "Step Inn-Kazbegi" platformasının təsisçisi Ani Alibegaşvili “Palitranews” telekanalının efirində qonaq olarkən deyib.

Onun sözlərinə görə, ölkədə mövcud olan böhran fonunda daha çox otel, restoran və turizmlə bağlı digər köməkçi sahələr bağlanma təhlükəsi ilə üzləşəcək.

“Ölkə iqtisadiyyatında turizm ən mühüm rollardan birini oynayır. Turizmin alt sektorlari ilə birlikdə iqtisadiyyatda 60-70%-lik payı var. Bizim iqtisadiyyat turizmin üzərində dayanır. Bazarlara diversifikasiya tətbiq etməmişik. Sektorda vəziyyət çox çətindir. Tbilisidə, Kaxetidə və regionlarda bir çox otellər bağlanır, çünki orta və kiçik biznes üçün qeyri-mövsüm dövründə işçiləri saxlamaq və bu sahənin fəaliyyətinə tələb olunan xərcləri ödəmək çox çətindir.

Mövcud vəziyyət daha çox otel, restoran və köməkçi alt sektorlara bağlanma gətirəcək. Artıq bu proseslər başlayıb. 2024-cü ilin turizm axını ilə bağlı yaxşı göstəricilər olsa belə, bu o demək deyil ki, 2025-ci ildə də eyni vəziyyət təkrarlanacaq. Bunun üçün həm biznes, həm də hökumət ciddi səy göstərməlidir.

Əhali, biznes və hökumət bir-biri ilə danışmır. Danışıqlara başlamaq üçün vacib məqamlar var (məsələn, məhbusların azad olunması, yeni seçkilər), bu addımlar atılmalıdır ki, biz yenidən bu ölkənin quruculuğunu davam etdirə bilək. Daha sonra isə, fokus qrupu olan ölkələr tərəfindən tanınan hökumətimiz olduğu zaman, xidmət sektorunun inkişafı üçün aktiv çalışacaq və ABŞ-dan, Avropadan daha çox turist qəbul edəcəyik” , – deyə Ani Alibegaşvili qeyd edib.

ŞƏRH YAZ
12