Qışın ortasında yaz havası: Qarşıdaki günlərə gözlənilən hava şəraiti - RƏSMİ
20.01.2025 14:16
11655
Maraqlı
A
Qışın ortasında yaz havası: Qarşıdaki günlərə gözlənilən hava şəraiti - RƏSMİ

21 Yanvar tarixindən həftənin sonuna qədər Gürcüstanın əksər bölgələrində əsasən yağıntısız hava gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Sinoptiklərin proqnozlarına əsasən, Tbilisidə yağıntısız hava şəraiti müşahidə olunacaq. Günorta saatlarında havanın temperaturu +8, +10 dərəcə olacaq, gecələr isə 0, -2 dərəcəyə qədər enəcək.

Ölkənin sahil şəhərlərində - Batumi, Kobuleti, Anaklia və Potidə əsasən yağıntısız hava olacaq. Günorta saatlarında havanın temperaturu +13, +15 dərəcəyə qədər yüksələcək.

Aşağı Kartli bölgəsində - Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə əsasən yağıntısız hava olacaq. Günorta saatlarında havanın temperaturu +4, +9 dərəcə, gecələr isə bəzi yerlərdə -7 dərəcəyə qədər enəcək.

ŞƏRH YAZ
12