
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” yeni “Galaxy S25” smartfon seriyasını təqdim edib.
Aktual.ge məlumat verir ki, yeni seriyada əsas dəyişiklik süni intellektlə bağlıdır.
Bu, cihazları adi smartfondan fərqli olaraq, istifadəçiyə şəxsi intellektual köməkçi kimi xidmət göstərə biləcək səviyyəyə çatdırır.
Digər bir diqqət çəkən yenilik isə üç modelin - Galaxy S25, S25 Plus, və S25 Ultra - hər birinin eyni prosessorla (Snapdragon 8) təchiz olunmasıdır.
Samsung Galaxy S25 Xüsusiyyətləri:
Ekran ölçüsü: 6,2 düym
Ekran Texnologiyası: Dynamic AMOLED 2X
Ekran həlli: 1080x2340 (FHD+) piksel
Ekranın davamlılığı: Corning Gorilla Glass Victus 2
Ekranın yenilənmə tezliyi: 120Hz
Arxa kamera: 12 MP + 50 MP + 10 MP
Ön kamera: 12 MP
Prosessor: Snapdragon 8 Elite
RAM: 12 GB
Yaddaş: 128GB / 256GB
Akkumulyatorun tutumu: 4000 mAh
Simli şarj: 25W
Əməliyyat sistemi: Android 15 əsasında One UI 7.0
Rəng Seçimləri: Göy, Buz Mavi, Nanə Yaşıl, Gümüş
Samsung S25 128gb Türkiyə qiyməti: 4 min 133 Lari
Samsung Galaxy S25+ Xüsusiyyətləri
Ekran ölçüsü: 6,7 düym
Ekran Texnologiyası: Dynamic AMOLED 2X
Ekran həlli: 1080x2340 (FHD+) piksel
Ekranın davamlılığı: Corning Gorilla Glass Victus 2
Ekranın yenilənmə tezliyi: 120Hz
Arxa kamera: 12 MP + 50 MP + 10 MP
Ön kamera: 12 MP
Prosessor: Snapdragon 8 Gen Elite
RAM: 12 GB
Yaddaş: 256 GB
Akkumulyatorun tutumu: 4.900 mAh
Sürətli doldurma: 45W
Əməliyyat sistemi: Android 15 əsasında One UI 7.0
Rəng Seçimləri: Göy, Buz Mavi, Nanə Yaşıl, Gümüş
Samsung S25+ 256gb Türkiyə qiyməti: 5 min lari