
Bu gün İkinci Kosalı İslam Mədrəsəsində Şərqi-Gürcüstan Müftiliyi ilə əməkdaşlıq edən bölgə müftiləri, imamlar, din təhsili müəllimləri və digər rühanilərin iştirakı ilə görüş keçirilib.
Aktual.ge xəbər verir ki, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov sosial şəbəkə hesabında məlumat yayıb.
Tədbirdə Etibar Eminov əvvəlcə İslam aləmini, eləcə də Gürcüstanda yaşayan müsəlmanları mübarək Merac gecəsi münasibətilə təbrik edib və bu gecənin əhəmiyyəti barədə danışıb.
Daha sonra müfti, Bütün Gürcüstan Müsəlmanları İdarəsi və Şərqi Gürcüstan Müftiliyinin ötən il ərzində həyata keçirdiyi fəaliyyətlər haqqında iştirakçılara məlumat verib. O, həmçinin tədbirə ev sahibliyi etdiyi üçün İkinci Kosalı İslam Mədrəsəsinə və xüsusən də mədrəsənin müdiri hacı Natiq Əliyevə təşəkkürünü bildirib.