Gürcüstanda ən çox istifadə olunan avtomobil modelləri – TOP 3
27.01.2025 14:31
1205
Maraqlı
A
Gürcüstanda ən çox istifadə olunan avtomobil modelləri – TOP 3

Xidmət Agentliyinin son məlumatlarına əsasən, Gürcüstanda 1 milyon 876 min 380 avtomobil qeydiyyatdan keçib. Sürücülük vəsiqələrinə gəlincə, bu günə qədər ümumilikdə 1 milyon 657 min 552 nəfərə sürücülük vəsiqəsi verilib.

Aktual.ge xəbər verir ki, Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin sonuna qədər ən çox istifadə edilən avtomobil markaları "MERCEDES-BENZ", "TOYOTA" və "FORD" olub.

Statistika Xidmətinin məlumatlarından toplarayaq Gürcüstanda ən çox istifadə edilən avtomobil modellərinin siyahısını təqdim edirik:

MERCEDES-BENZ

  • C 180 – 18 min 278 ədəd
  • SPRINTER (mikroavtobus) – 11 min 724 ədəd
  • E 320 – 9 min 408 ədəd

TOYOTA

  • PRIUS – 48 min 356 ədəd
  • CAMRY – 18 min 936 ədəd
  • RAV4 – 15 min 133 ədəd

FORD

  • TRANSIT (mikroavtobus) – 53 min 403 ədəd
  • FUSION – 8 min 111 ədəd
  • FUSION HYBRID – 5 min 728 ədəd

Qeyd edək ki, 2024-cü ilin sonuna qədər ümumilikdə 156 min 558 ədəd "MERCEDES-BENZ", 87 min 834 ədəd "TOYOTA" və 110 min 670 ədəd "FORD" markalı avtomobil qeydiyyata alınıb.

ŞƏRH YAZ
0