28.01.2025 00:10
597
Maraqlı
A
"Magtı"nin internetində nasazlıq - Şirkətdən AÇIQLAMA

Gürcüstanda "Magtı" internetində nasazlıq yaranıb. 

Aktual.ge xəbər verir ki, söhbət həm mobil, həm də optik internetdən gedir.

Şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin verdiyi məlumata görə, internetin kəsilməsi qlobal nasazlıqla əlaqədardır.

Qeyd edək ki, hələ ki, internetin nə vaxt bərpa olunacağı bilinmir, lakin şirkət problemin həlli üçün müvafiq qrupların artıq çalışdığını bildirir. Bundan əvvəl 'Magtı'nin istifadəçiləri internetdən istifadə edə bilmədiklərini sosial şəbəkədə yazırdılar.

ŞƏRH YAZ
5