28.01.2025 16:40
682
Hadisə
A
"Lilo Mall" yanğın davam edir: Yanğını söndürmək hələ də mümkün deyil - VİDEO

Gələn son dəqiqə məlumatına görə, Tbilisidə "Lilo Mall" ərazisində yanğın 5 min kvadratmetr sahəyə yayılıb.

Aktual.ge xəbər verir ki, Fövqəladə Hallar İdarəsindən bildiriblər ki, yanğının söndürülməsi işlərində 12 yanğın söndürən maşını iştirak edir və əlavə texnikaların cəlb edilməsi planlaşdırılır.

Bu mərhələdə yanğının tam səbəbi bilinmir, ilkin versiyalara görə, yanğın bazar ərazisindəki mağazalardan birində başlayıb. 

Hadisə yerindən Aktual.ge xəbər portalına verilən məlumata görə, yanğının ətraf ərazilərə yayılmaması üçün maksimum dərəcə də, səy göstərilir, buna baxmayaraq, alovu tam nəzarət altına almaq hələ də çətindir.

ŞƏRH YAZ
9