
Kateqoriyalar
"Lilo" bazarından əldə edilən son məlumatlara görə, "Lilo Mall"ın anbarlarından birində başlayan yanğın artıq ətraf ərazilərə və digər hissələrə yayılıb.
Aktual.ge xəbər portalına açıqlama verən sahibkarlardan biri bildirib ki, yanğını söndürmək üçün maksimum səy göstərilsə də, hazırda onun nəzarət altına alınması mümkün olmayıb.
O, yanğının səbəb olduğu zərərin dəyərinin hesablanmasının çətin olduğunu və yaxın saatlarda yanğının tamamilə lokallaşdırılmasının ehtimal edildiyini bildirib.
Fövqəladə Hallar Xidmətindən bildirilib ki, əraziyə əlavə olaraq 10 yanğınsöndürən maşın cəlb edilib. Ümumilikdə isə yanğının söndürülməsi üçün 120 xilasedici və 22 yanğınsöndürən maşın çalışır.
Xəsarət alanlar barədə məlumat yoxdur.