Etiraz aksiyaları fonunda Serbiyanın baş naziri istefa verib
28.01.2025 17:36
373
Dünya
A
Etiraz aksiyaları fonunda Serbiyanın baş naziri istefa verib

Serbiyanın Baş naziri Miloş Vuçeviç ölkədəki tələbə etirazları fonunda istefa verib.

Aktual.ge xəbər verir ki, o, keçirdiyi xüsusi brifinqdə istefasını açıqlayıb.

"Serbiya Respublikası hökumətinin sədri vəzifəsindən istefa vermək qəti qərarımdır. Bu səhər prezidentlə uzunsürən görüşüm oldu, biz hər şeyi müzakirə etdik və o, mənim arqumentlərimlə razılaşaraq qərarımı qəbul etdi", - Vuçeviç bildirib.

Qeyd edək ki, 2024-cü il noyabrın 2-də Serbiyanın ikinci ən böyük şəhəri olan Novi Sadda dəmiryol vağzalında beton tavanın uçması və azı 14 nəfərin ölümündən sonra Serbiya həftələrdir etirazlarla sarsılır.

ŞƏRH YAZ
1