28.01.2025 17:58
1091
Hadisə
A
"Lilo Mall"daki yanğın lokkalaşdırılıb - AÇIQLAMA

“Lilo Mall” ticarət mərkəzindəki yanğın lokallaşdırılıb və hazırda yayılma təhlükəsi yoxdur.

Aktual.ge xəbər verir ki, bunu Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

“Yanğının ilk mərhələsində ekipajlar dörd dəqiqə ərzində hadisə yerinə çatdı ki, bu da alovun daha geniş əraziyə yayılmasının qarşısını aldı. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Yanğınsöndürmə işləri davam edir. Yanğın zamanı məişət əşyaları, paltar və plastik materiallar yanıb. Səbəblər barədə hələlik məlumat vermək mümkün deyil”, - deyə Temur Mqebrişvili qeyd edib.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin məlumatına görə, yanğın 5 min kvadratmetr ərazini əhatə edib.

 

ŞƏRH YAZ
10