AŞPA Gürcüstanı yenidən seçkilər keçirməyə çağırır
29.01.2025 23:16
642
Dünya
A
AŞPA Gürcüstanı yenidən seçkilər keçirməyə çağırır

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Gürcüstanda qarşıdakı aylarda yeni seçkilərin keçirilməsinə çağıran qətnamə qəbul edib.

Aktual.ge xəbər verir ki, bu barədə səsvermə AŞPA-nın iclasında baş tutub.

134 deputatdan 114-ü qətnamənin lehinə səs verib, 13-ü əleyhinə çıxıb, 7-si isə bitərəf qalıb. AŞPA-nın Gürcüstan nümayəndə heyətinin mandatlarının yenidən nəzərdən keçirilməsi və ümumiyyətlə ölkədəki vəziyyətin qiymətləndirilməsi fonunda Gürcüstan nümayəndə heyətinin mandatlarını 2025-ci ilin aprel ayına qədər ratifikasiya etmək qərarına gəlib, lakin müəyyən şərtlərlə.

Qətnamədə deyilir:

"[AŞPA Gürcüstan rəsmilərindən tələb edir] inklüziv prosesin dərhal başlanmasını, bütün maraqlı tərəflərin və sosial aktorların, o cümlədən hakim çoxluğun, müxalifətin və vətəndaş cəmiyyətinin iştirakını təmin etməyi, beləliklə, son parlament seçkilərində qeydə alınan çatışmazlıqlar və pozuntuların təcili həllini və həqiqətən demokratik yeni parlament seçkilərinin keçirilməsi üçün lazımi seçki mühitinin yaradılmasını. Bu yeni seçkilər qarşıdakı aylarda elan olunmalıdır.

"[AŞPA Gürcüstan rəsmilərindən tələb edir] Avropa inteqrasiyası yolunu yenidən bərpa etmələri üçün dərhal və effektiv addımlar atsınlar, bu da xalqın Avropaya inteqrasiya istəyinə uyğun olmalıdır, eyni zamanda zəruri islahatları sürətləndirsinlər.

"[AŞPA Gürcüstan rəsmilərindən tələb edir] polis zorakılığına və insan haqları pozuntularına dərhal son qoysunlar, bu halları effektiv şəkildə araşdırsınlar və etirazçılar, jurnalistlər və vətəndaş cəmiyyəti liderlərinə qarşı repressiya məqsədilə məhkəmə proseslərinin sui-istifadəsini dayandırsınlar. Həmçinin ifadə və toplaşmaq azadlığı tam təmin edilməlidir.

"[AŞPA Gürcüstan rəsmilərindən tələb edir] 2025-ci ilin aprel sessiyasına qədər bütün siyasi məhbusları azad etsinlər."

Qətnamədə həmçinin qeyd edilir ki, yuxarıda göstərilən məsələlər üzrə irəliləyişə uyğun olaraq, Assambleya 2025-ci ilin aprel sessiyasında Gürcüstan nümayəndə heyətinin mandatlarını yenidən qiymətləndirmək (onların dayandırılması ehtimalı da daxil olmaqla) imkanına malik olacaq.

Məlumat üçün bildirək ki, Assambleya "Gürcü Arzusu"nun nümayəndələri tərəfindən təqdim edilən üç düzəlişin hamısını rədd edib.

ŞƏRH YAZ
3