Dövlət rəsmilərini şifahi təhqir etmək 4 min lari cərimə və ya 45 gün həbs cəzası ilə nəticələnəcək
03.02.2025 20:49
728
Siyasət
A
Dövlət rəsmilərini şifahi təhqir etmək 4 min lari cərimə və ya 45 gün həbs cəzası ilə nəticələnəcək

Dövlət-siyasi vəzifəli şəxsin, siyasi vəzifəli şəxsin, eləcə də dövlət və ya ictimai qulluqçunun şifahi təhqir edilməsi və ya digər təhqiredici hərəkətlər inzibati məsuliyyətə səbəb olacaq.

Aktual.ge məlumat verir ki, "İnzibati Xətalar Məcəlləsinə" dəyişikliklər çərçivəsində, hansı ki, "Gürcü Arzusu" tərəfindən hazırlanıb və artıq parlamentdə irəli sürülüb, bu cür hərəkətlər şəxsin 1 500 lari ilə 4 000 lari arasında cərimələnməsinə və ya 45 günədək inzibati həbsinə səbəb olacaq.

Eyni layihəyə əsasən, bu inzibati xətanı törətmiş şəxsin təkrarən eyni hərəkəti etməsi 2 500 lari ilə 6 000 lari arasında cərimə və ya 5 gündən 60 günədək inzibati həbs cəzası ilə nəticələnəcək. Siyasi vəzifəli şəxslərin və dövlət qulluqçularının təhqir edilməsi halında, bu şəxslərə silah gəzdirmə hüququnun 3 ilədək müddətə məhdudlaşdırılması da nəzərdə tutulur.

"Gürcü Arzusu"nun layihəsi inzibati həbs müddətinin 60 günədək artırılmasını da ehtiva edir. Bundan əlavə, xırda xuliqanlıq, polisə müqavimət və icazəsiz mitinqlərin keçirilməsinə görə sanksiyalar sərtləşdirilir.

Parlament bu layihəni sürətli prosedur qaydasında müzakirə edəcək.

ŞƏRH YAZ
17