
2025-ci ilin yanvarında Gürcüstanda inflyasiya əvvəlki ayla müqayisədə 0,4%, illik inflyasiya isə 2% təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Baza inflyasiyaya gəlincə, məlumata görə, sözügedən göstərici 2025-ci ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% təşkil edib, tütün istisna olmaqla illik baza inflyasiya səviyyəsi isə 2% müəyyən edilib.
2025-ci ilin yanvar ayında illik qiymət artımı ən yüksək olan məhsullar arasında 88,3% qiymət artımı ilə yaşıllıq birinci, badımcan və sarımsaq ikinci yerdədir.
Statistikaya əsaslanaraq bu ilin yanvar ayında ən çox bahalaşan məhsulların siyahısı aşağıdaki kimidiri:
Yaşıllıq/Göy tərəvəz- 88,3%
Badımcan - 74,8%
Kələm - 62,8%
Sarımsaq - 35,5%
Kivi - 35,3%
958 nümunə qızıl nışan üzüyü - 27,7%
Yaşıl lobya - 24,4%
Düyü - 20,2%
Pomidor - 20%