Rustavidə dəm qazından zəhərlənmə: 2 ölü, 4 yaralı
04.02.2025 01:23
871
Hadisə
A
Rustavidə dəm qazından zəhərlənmə: 2 ölü, 4 yaralı

Rustavi şəhərinin Meqobari prospektində dəm qazından zəhərlənmə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb. 

Aktual.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Mövcud məlumata görə, dəm qazı havalandırma borusu vasitəsilə 3-cü və 4-cü mərtəbələrdəki mənzillərə yayılıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib və onların həyati təhlükəsi yoxdur. 

Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
9