
Kateqoriyalar
"Azadlıq Meydanı"nın təşkilatçılığı ilə 5 fevral saat 16:00-da Dmanisi meriyası qarşısında aksiya keçiriləcək.
Aktual.ge xəbər verir ki, aksiyanın məqsədi fəal Laşa Çxvimianiyə dəstk olmaqdır.
Bildirilib ki, o, Dmanisi meriyasının qarşısında artıq 5 gündür aclıq aksiyası keçirir.
"Dmanisi bələdiyyəsinin qarşısında toplaşırıq, Laşa Çxvimianiyə dəstək olmaq və hakimiyyətin ədalətsizliyini və zorakılığını etiraz etmək üçün!" - deyə aksiya təşkilatçıları bildirirlər.
Qeyd edək ki, ölkədəki vəziyyətlə bağlı Laşa Çxvimiani 5 gün əvvəl aclıq aksiyasına başlayıb. O, bildirib ki, əgər çərşənbə günü axşam meriyanın qarşısındakı aksiyada park insanlarla dolarsa, həmin axşam aclıq aksiyasını dayandıracaq.