
Kateqoriyalar
Bu gün, fevralın 4-də parlamentin yaz sessiyası Mixail Kavelaşvilinin ölkənin vəziyyəti ilə bağlı ən mühüm məsələlərə dair məruzəsi ilə açılacaq.
Aktual.ge xəbər verir ki, seçkilər kollegiyası tərəfindən prezident vəzifəsinə seçilən Kavelaşvili əvvəlcə parlamentdə çıxış edəcək. Bundan sonra “Gürcü arzusu” fraksiyasının sədri və çoxluq rəhbəri çıxış edəcək.
Parlamentin bugünkü iclasında başqa məsələ müzakirə olunmayacaq və iclas bununla bağlı bağlanacaq.