
Kateqoriyalar
Bolnisi Bələdiyyəsinin İncəoğlu kənd sakini 24 yaşlı V.Yaqubov ötən gün Rustavi şəhərində qətlə yetirilib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, gənc soyuq silahla qətlə yetirilib.
İddialara görə, hadisə gənclər arasında baş verən qarşıdurma zamanı meydana gəlib. Mövcud məlumat görə, gənc aldığı soyuq silah yarasından xəstəxanaya aparılan zaman yolda həyata gözlərini yumub.
Hadisənin dəqiq səbəbi hələki məlum deyil.
Aktual.ge Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.