Mixeil Kavelaşvili parlamentdə emosional çıxış etdi və gənclərə səsləndi
04.02.2025 13:22
802
Siyasət
A
Mixeil Kavelaşvili parlamentdə emosional çıxış etdi və gənclərə səsləndi

"Əziz gənclər, biz gürcülər, fərqli baxışlarımız olsa da, bir-birimizin düşməni ola bilmərik – biz fərqlərimizə baxmayaraq birlikdə yaşamağa davam etməliyik, buna görə də reallığa göz yummamalı, bir-birimizlə dialoq qurmağı bacarmalıyıq".

Aktual.ge xəbər verir ki, bu sözləri Seçki Kollegiyası tərəfindən prezident vəzifəsinə seçilmiş Mixeil Kavelaşvili parlamentdə çıxışı zamanı deyib.

O, gənclərə müraciət edərək qeyd edib ki, “birlikdə dayanaraq biz vahid, güclü və müstəqil Gürcüstan qura bilərik, bu Gürcüstan hər bir gürcünün qəlbində yaşayır”. O, vurğulayıb ki, onun üçün təsəvvüredilməzdir ki, elə bir gürcü olsun ki, ölkəmizdə sülhə, sabitliyə, ənənələrimizin və dəyərlərimizin qorunmasına, dövlətimizin inkişafına və rifahına qarşı çıxsın.

“Bizə zorla qəbul etdirilən süni qütbləşməyə gəlincə, təəssüf ki, bu prosesdə bir çox səmimi və qəlbi Vətən sevgisi ilə dolu gəncdən istifadə olunur. Öz gəncliyimi yaxşı xatırlayıram, bilirəm ki, bu dövrdə emosiyalar çox güclü olur, insan impulsiv, üsyankar və həssas olur, məsələlərə münasibəti çox kəskin olur. Məhz bu emosiyalar üzərində ölkəmizin bədxahları oynayır. Mənim üçün təsəvvüredilməzdir ki, elə bir gürcü olsun ki, ölkəmizdə sülhə, sabitliyə, ənənələrimizin və dəyərlərimizin qorunmasına, dövlətimizin inkişafına və rifahına qarşı çıxsın. Əgər belə bir insan varsa, deməli, o, ölkəmizin maraqlarına xidmət etmir.

Əziz gənclər, biz gürcülər, fərqli baxışlarımız olsa da, bir-birimizin düşməni ola bilmərik. Bizim bir dilimiz, bir mədəniyyətimiz, bir tariximiz, bir vətənimiz var və ona qayğı göstərməliyik. Əgər bizi bu qədər dəyər birləşdirirsə, fərqli baxışlara görə bir-birimizdən imtina etməyimiz və dialoqdan qaçmağımız necə mümkün ola bilər? Əminəm ki, hər bir tənqidi düşünən insan haradasa səhv edə biləcəyini qəbul edir. İnsan öz səhvini görüb etiraf etməyi, həqiqətlə üzləşməyi bacarmalıdır. Biz fərqlərimizə baxmayaraq birlikdə yaşamağa davam etməliyik, buna görə də reallığa göz yummamalı, bir-birimizlə dialoq qurmağı bacarmalıyıq. Biz öz içimizdəki qəzəbə qalib gəlməli, bir-birimizi qoruyub qorumalıyıq. Fərqlərimizə baxmayaraq, bir olmalı və dəyərlərimizi müdafiə etməliyik. Biz birlikdə dayanaraq vahid, güclü və müstəqil Gürcüstan qura bilərik, bu Gürcüstan hər bir gürcünün qəlbində yaşayır. Yaşasın vahid, güclü və müstəqil Gürcüstan! Tanrı bizi qorusun!” , - deyə Mixeil Kavelaşvili söyləyib. 

ŞƏRH YAZ
13