
Onkoloji diaqnozu olan uşaqlar Türkiyənin daha üç klinikasında – “Medicana International Clinic”, “EMC Hospital” və “Medipol Mega University Hospital”da xidmət ala biləcəklər.
Aktual.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Onkoloji diaqnozu olan uşaqların xaricdə müalicəsi proqramı çərçivəsində xəstələr artıq 8 klinikada – Türkiyə, İspaniya və İsraildə xidmət alacaqlar. Yeni tərəfdaş klinikalarla əməkdaşlıq müqavilələri artıq imzalanıb.
“Onkoloji diaqnozu olan uşaqların xaricdə müalicəsi proqramı 2023-cü ilin avqust ayından qüvvədədir. Müalicə paketinə diaqnostika və standart müalicə kursu olan kimyaterapiya, şüa terapiyası, cərrahiyyə və proton terapiyası daxildir.
Proqram başladıqdan sonra 157 benefisiar iştirak edib. Artıq 100 xəstənin müalicəsi başa çatıb.
Onkoloji diaqnozu olan uşaqların xaricdə müalicəsi proqramı çərçivəsində xəstələr aşağıdakı tibbi xidmətlərdən istifadə edə bilərlər: İspaniyada “Chiron Salud Proton Terapiya Mərkəzi”, İsrailin “Tel Aviv Sourasky (İçilov) Tibb Mərkəzi”, Türkiyədə “Anadolu Medical Center”, “Acıbadem Xəstəxanası”, “Xəstəxana Memorial”, “Medicana International Clinic”, “EMC Hospital” və “Medipol Mega University Hospital”.
“Dövlət bütün benefisiarların Türkiyə, İsrail və İspaniyadakı tərəfdaş klinikalarda müalicəsini tam maliyyələşdirir”, – məlumatda deyilir.