
Kateqoriyalar
Marneuli-Tbilisi avtomagistral yolunun Kumisi hissəsində ağır yol qəzası baş verib, nəticədə bir nəfər dünyasını dəyişib.
Aktual.ge-nin verdiyi xəbərə görə, "Nissan" və "Ford" markalı avtomobillər toqquşub. İlkin məlumata əsasən, minik avtomobilinin sürücüsü hadisə yerindəcə həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Qəza səbəbindən Marneuli-Tbilisi magistralının Teleti-Kumisi hissəsində sıxlıq yaranıb.
Qeyd edək ki, 3 fevralda da Marneuli-Tbilisi magistralının Tbilisiyə giriş hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdi.