DİN-dən Rustavidə qətlə yetirilən gəncin hadisəsi ilə bağlı AÇIQLAMA
04.02.2025 15:05
2457
Kriminal
A
DİN-dən Rustavidə qətlə yetirilən gəncin hadisəsi ilə bağlı AÇIQLAMA

Bolnisi Bələdiyyəsinin İncəoğlu kənd sakini 24 yaşlı Vüqar Yaqubov ötən gün Rustavi şəhərində qətlə yetirilib.

Bu barədə məlumatı Aktual.ge xəbər portalına Daxili İşlər Nazirliyi təsdiqləyib.

Bildirilib ki, qətli törədən şəxs saxlanılıb.

"Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 116 və 236-cı maddələri ilə istintaq davam edir" , - məlumatda deyilir.

Qeyd edək ki, CM-nin 116-cı maddəsi "Ehtiyatsızlıqdan ölümə səbəb olma – altı aydan iki ilədək müddətə ev dustaqlığı və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır", 236-cı maddə isə "Qanunsuz silah əldəetmə, saxlama, gəzdirmə, istehsal etmə, daşıma, göndərmə və ya satma – şəxsi cərimə, altı aydan iki ilədək ev dustaqlığı və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".​​​​​

Hadisənin tam təfərrüatları bu mərhələdə məlum deyil, iddiaya görə, mübahisə zəminində baş verib.

ŞƏRH YAZ
3