
Kateqoriyalar
İstanbulda, İntercontinental otelində Dünya Qarapapaq Türkləri Şurasının qurultayı keçirilib.
Aktual.ge xəbər verir ki, tədbir geniş iştirakçı sayı və möhtəşəm təşkilatçılığı ilə diqqət çəkib.
Şuranın rəhbəri Dr. Seyfullah Türksoyun təşkil etdiyi qurultayda Gürcüstan təmsilçisi olaraq Qəzənfər Məmmədov seçilib.
Qafqaz regionu və Türkiyədən alimlər və qonaqların qatıldığı tədbirdə qarapapaqların mədəni və ictimai birliyinin vacibliyi vurğulanıb. İcmanın bir araya gələrək daha güclü mədəni və iqtisadi struktur qurmasının əhəmiyyəti müzakirə edilib.