04.02.2025 17:36
471
Siyasət
A
"Radikalizm və faşizm sona çatacaq" - Kaladze

"Radikalizm və faşizm sona çatacaq, bunun təşviqi xaricdən edilirdi və kifayət qədər geniş maliyyələşdirilirdi".

Aktual.ge xəbər verir ki, bu fikirləri "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze USAID ilə bağlı hadisələrə münasibət bildirərkən deyib.

"Bu, bir daha bizim illər boyu danışdığımız və təsdiq etdiyimiz şeyi söyləyir: konkret təşkilatlar var idi ki, ölkədə qütbləşməni, radikalizmi, ekstremist təşkilatları, qarşıdurmaları və inqilabi qurğuları maliyyələşdirirdilər.

Yadınızdadır ki, 'Şəffaflıq Qanunu' qəbul edilərkən, bir addım geri çəkilərək qanun layihəsini qəbul etmədiyimiz halı xatırlayıram. Bu qərarı qəbul etməyimizin səbəblərindən biri də budur ki, məsələn, NED bizə dedi ki, bütün xərcləri, gələn vəsaitlərin harada xərcləndiyini açıqlayacağıq. Lakin, təbii ki, heç nə açıqlanmadı, çünki biz bilirik ki, bu vəsaitlər hansı istiqamətdə istifadə olunurdu.

Dünən yenə məlumat yayıldı ki, 2024-cü il seçkiləri üçün Gürcüstanda 24 milyon dollar xərclənib. Bu pul nəyə və kimə xərclənib, görürsüz ki, ölkədə nələr baş verir, hər gün hansı vəziyyətlə üzləşirik. Amma inanın, bütün bunlar sona çatacaq. Radikalizm və faşizm sona çatacaq, bunun təşviqi xaricdən edilirdi və kifayət qədər geniş maliyyələşdirilirdi", - Kaxa Kaladze söyləyib.

ŞƏRH YAZ
21