Gənc oğlanın qətli ilə bağlı İLK TƏFƏRRÜATLAR
05.02.2025 01:30
2063
Hadisə
A
Gənc oğlanın qətli ilə bağlı İLK TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, Rustavi-Qardabani yolunun Qaçiani kəndi ərazisində 24 yaşlı Bolnisi sakini Vüqar Yaqubov qətlə yetirilib.

Aktual.ge-nin məlumatına görə, artıq hadisənin ilkin təfərrüatları məlumdur.

Daxili İşlər Nazirliyi Aktual.ge-yə gəncin öldürüldüyünü təsdiqləyib.

"İnfoRustavi" nəşrinin məlumatına görə, Qaçianidə dostlar süfrə arxasında olarkən onlardan birinin əlindəki tək lüləli “Vinçester” markalı odlu silah ehtiyatsızlıqdan açılıb və güllə gənc oğlana dəyib.

Yaralı dərhal təcili tibbi yardım briqadası tərəfindən Rustavi klinikasına aparılıb. Lakin o, xəstəxanaya çatdırılmadan, tibbi müəssisənin həyətində təcili yardım maşınında dünyasını dəyişib.

Silahın ehtiyatsızlıqdan açıldığı şəxs isə özünə xəsarət yetirib, lakin onun həyatı üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi – ehtiyatsızlıqdan adam öldürmə (116-cı maddə) və odlu silahın qanunsuz əldə edilməsi, saxlanması, daşınması, hazırlanması, göndərilməsi və ya satılması (236-cı maddə) üzrə istintaq aparılır.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı bir nəfəri saxlayıb.

ŞƏRH YAZ
14