İrakli Kobaxidze: Media qanunu ölkənin
08.02.2025 13:40
312
Siyasət
A
İrakli Kobaxidze: Media qanunu ölkənin "ağır xəstəliyini" sağaltmaq üçündür

"Qanun layihəsi hələ irəli sürülməyib, amma bəzi insanlar media azadlığının məhdudlaşdırılmasından danışırlar. Belə çıxır ki, Böyük Britaniyada media azadlığı pozulub, bu isə gülməlidir – əgər problem varsa, ölkə niyə bu ağır xəstəlikdən sağalmamalıdır?".

Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Media haqqında” qanuna planlaşdırılan dəyişikliklərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, media ilə bağlı dəyişikliklər sadəcə vacib deyil, həm də qaçılmazdır.

“Problemi hamı qəbul edir və bu problemlər ATƏT/ODİHR-in hesabatlarında da qeyd olunur. Problem ondadır ki, Gürcüstanda media qütbləşmənin, nifrət çağırışlarının və yalan məlumatların əsas mənbəyinə çevrilib. Bu problem açıq-aşkar ortadadır. Bu, Gürcüstan media mühitinin əsas xüsusiyyətidir. Əgər problem mövcuddursa, ölkə niyə bu ağır xəstəlikdən sağalmamalıdır? Əgər bir diaqnoz və konkret bir xəstəlik mövcuddursa, ölkə niyə bundan xilas olmamalıdır? Buna qarşı çıxanların konkret maraqları var ki, ölkə qütbləşmə, nifrət və yalan rejimində yaşamağa davam etsin. Amma bu, cəmiyyətin maraqlarına uyğun deyil. Əksinə, Gürcüstan cəmiyyətinin marağı bu məsələlərin tənzimlənməsi və qaydaya salınmasıdır. Gürcüstan parlamentində mütləq qeydiyyatdan keçəcək qanun layihəsi məhz buna həsr olunacaq" , - hökumət başçısı qeyd edib.

Qeyd edək ki, “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin sözlərinə görə, hakim komanda "Media qanunu" üzərində işləməyə başlayıb və tezliklə Britaniya modeli və qanunvericiliyinə uyğun olaraq “Media qanunu” təşəbbüsü irəli sürüləcək.

Onun sözlərinə görə, qanun mediada obyektivlik və jurnalist etikası standartlarını müəyyən edəcək. Mdinaradzenin sözlərinə görə, bu standartların monitorinqi və qorunması üçün institusional mexanizmlər müəyyən ediləcək.

ŞƏRH YAZ
17